BAKI, 5 avqust. TELEQRAF
NATO Ukraynaya silah və sursatın mütəmadi və genişmiqyaslı tədarükünü koordinasiya etməyə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Alyansın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, çatdırılmalar operativ şəkildə hazırlanaraq müəyyən edilmiş qrafik əsasında həyata keçiriləcək.
Tədarük prosesinin intensivləşməsi, Niderlandın Ukraynaya 500 milyon avro dəyərində hava hücumundan müdafiə sistemləri, sursat və digər hərbi avadanlıqlar göndərmək qərarından sonra başlayıb. Yardım paketinin böyük hissəsi ABŞ istehsalı silahlardan ibarətdir.
Qeyd edilir ki, avqust ayında Ukraynaya iki böyük silah partiyasının göndərilməsi nəzərdə tutulur.
Təchizatın məzmunu Ukraynanın döyüş meydanında təcili ehtiyaclarına uyğun müəyyənləşdirilir, bundan sonra NATO üzvü ölkələr həmin silah və sursatları təmin edərək göndərirlər. Mövcud mərhələdə ən çox tələb olunan hərbi texnika hava hücumundan müdafiə sistemləridir.