AZ

Yaponiya və ABŞ hərbi təlimlər keçirəcək

Yaponiya Silahlı Qüvvələri gələn ay ABŞ Dəniz Piyadaları Korpusu ilə genişmiqyaslı "Qətiyyətli Əjdaha" təlimləri keçirəcək.

Bakıvaxtı.az "NHK" telekanalına istinadən xəbər verir ki, təlimlərdə Yaponiyanın 12 min quru qoşunu, təxminən 1900 ABŞ dəniz piyadası və digər şəxsi heyət iştirak edəcək və raket sistemlərindən istifadə etməklə canlı atəş təlimləri keçiriləcək.

Təlimdə ən son raket sistemlərindən istifadə ediləcək və Okinavanın cənub prefekturasının adalarını, cənub-qərbdəki Kyuşu adasını və Yaponiyanın ən şimalındakı Rusiyaya bitişik Hokkaydo adasını əhatə edəcək. 

Yaponiya ordusunun komandanlığı bildirib ki, təlim sentyabrın 11-dən 25-dək baş tutacaq.

Gülşən Şərif

Seçilən
10
1
bakivaxti.az

2Mənbələr