AZ

Baş nazir Xəzərin qorunması üzrə birgə addımlar atmağa çağırıb

Bakı. Trend:

BMT-nin iqlim dəyişikliyi üzrə Bakıda keçirilən COP29konfransında inkişaf etməkdə olan ölkələr üçün illik iqlimmaliyyələşmə həcminin 2035-ci ilə qədər 100-dən 300 milyar dollaraqaldırılması ilə bağlı razılaşma əldə olunub.

Trend xəbər verirki, bunu bu gün Türkmənistanın Avaza şəhərində keçirilən, BMT-nindənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin üçüncüKonfransı (LLDC3) çərçivəsində baş tutan plenar iclasdaAzərbaycanın Baş naziri Əli Əsədov deyib.

“Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq, Azərbaycan karbonbazarı mexanizmi üzrə danışıqları uğurla yekunlaşdırıb və sazişqəbul olunduqdan doqquz il sonra onun tətbiqini təmin edib. Eynizamanda, iqlim dəyişikliyindən zərər çəkən həssas icmalarınəhəmiyyətli dəstəklənməsi üçün zərər və itkilərin ödənilməsifondunun tam işə salınması barədə qərar qəbul olunub”, – deyə ƏliƏsədov qeyd edib.

O, həmçinin Xəzəryanı regionun üzləşdiyi ciddi ekolojiçağırışlara, xüsusilə də Xəzər dənizinin səviyyəsinin davamlışəkildə aşağı düşməsi məsələsinə diqqət çəkib.

“Xəzəryanı dövlətlərin ümumi ekoloji problemlərin həlli üçünbirgə səylərinin vacibliyini vurğulamaq lazımdır. 2022-ci ildəAşqabadda keçirilmiş altıncı Xəzəryanı dövlətlər sammitindəAzərbaycan Prezidenti İlham Əliyev Xəzərin səviyyəsinin enməsiproblemini xüsusi olaraq önə çəkmişdi. Dövlət başçısınıntəşəbbüsünə uyğun olaraq, bu prosesin səbəblərini öyrənmək və onuntəsirini yumşaltmaq üçün tədbirlər hazırlamaq məqsədilə ekspertqruplarının yaradılması istiqamətində addımlar atılır”, – Baş nazirvurğulayıb.

Məqalədə:
Seçilən
60
5
az.trend.az

6Mənbələr