Astronomlar uzun illərdir ki, belə bir hadisənin baş vermədiyini deyirlər.
QHT.az xəbər verir ki, Yerin kölgəsinə düşən Ay qırmızı rəngə büründüyü üçün “Qanlı Ay” adlandırılmışdı. Oxşar hadisə bu dəfə də baş verəcək, lakin bəzi fərqlərlə.2025-ci il 7 sentyabr gecəsi baş verəcək Ay tutulması 2007-ci il 28 avqust tarixindəki tutulmanın "əkizi" sayılır. Belə hadisələr təxminən 18 il 11 gündən bir təkrarlanır.
Bu dəfə Yerin fırlanması səbəbindən tutulma 120 dərəcə fərqli uzunluqda müşahidə olunacaq. Bu da növbəti eyni tipli Ay tutulmasının 19 sentyabr 2043-cü ildə baş verəcəyini göstərir.
2025-ci ilin payızında tam Ay tutulması baş verəcək. Bu zaman Yer, Ay və Günəş bir sıraya düzüləcək, nəticədə Ay tamamilə Yerin kölgəsində qalacaq və qırmızı-narıncı rəngə boyanacaq. Bu səbəbdən bu gecə “qanlı Ay” adlandırılır.
Bu dəfə tutulma təxminən 5 saat yarım davam edəcək – bu, çox nadir və uzun müddətli bir fenomendir.
R.İmanov