AZ

Fransada bu təbii yuyucu vasitənin SATIŞI DAYANDIRILDI

News24 saytından alınan məlumata görə, ain.az bildirir.

Fransada “təbii tərkibli” kimi satılan adaçayı və biyanotu qatqılı  paltar yuyucu tozu zərərli maddə səbəbindən satışdan yığışdırılır. "HYGEIA" mağazasına aid olan bu məhsul karton qutuda, sabun tablet formasında satılırdı.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, məhsulun üzərindəki məlumatların qaydalara uyğun olmaması və tərkibində allergiya yarada bilən “linalool” maddəsinin normadan artıq olması əsas səbəb kimi göstərilib. 

Mütəxəssislər xəbərdarlıq edir ki, bitki tərkibli və ya “təbii” etiketli məhsullar hər zaman təhlükəsiz olmaya bilər. İstehlakçılara məhsulun etiketini diqqətlə oxumaq tövsiyə olunur.

Xeyrənsə Piriyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
1
news24.az

2Mənbələr