AZ

İtkin düşən yeniyetmə qız tapıldı

Sumqayıtda itkin düşən yeniyetmə qız tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, yeniyetmə ailəsinə təhvil verilib.

Komitə rəsmisi həmçinin ailələrə çağırış edərək bildirib ki, bu kimi həssas hadisələr zamanı azyaşlının adı, fotosu və şəxsi məlumatlarının yayılması heç düzgün yanaşma deyil: “Belə hallarda uşağın hüquqları, məxfiliyi və psixoloji sağlamlığı ön planda olmalıdır və buna da istər ailə, istərsə də media tərəfindən əməl edilməlidir. Ailənin bu qədər detalla informasiya verməsi qətiyyən doğru deyil. Bu, uşağın hüquqlarının pozulması və onun gələcəyi üçün risk yarada bilər”.

Qeyd edək ki, yeniyetmənin anası açıqlamasında qızının zibil atmaq adı ilə evdən çıxdığını və daha sonra ona mesajında geri qayıtmayacağını söylədiyini vurğulamışdı.

Seçilən
70
4
qafqazinfo.az

10Mənbələr