"Torino" klubu "Napoli"nin hücumçusu Covanni Simeonenin transferini reallaşdırmaq üzrədir.
"Operativ Məlumat Mərkəzi-OMM" insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, 30 yaşlı argentinalı forvard yeni klubu ilə şəxsi müqavilənin şərtlərini artıq razılaşdırıb.
Hazırda transferlə bağlı klublar arasında danışıqlar yekun mərhələyə daxil olub. Simeone Turinə yollanmaq və tibbi müayinədən keçmək üçün "Napoli"dən razılıq gözləyir.
Qeyd edək ki, təcrübəli hücumçu ötən mövsüm "Napoli"nin heyətində 33 oyunda 2 qol vurub və 2 assistlə yadda qalıb.
"Transfermarkt" portalı onun cari bazar dəyərini 5 milyon avro olaraq qiymətləndirir.