Türkiyə Super Liqasında 1-ci turun 3 matçı ertələnib.

Offsideplus.az xəbər verir ki, avrokuboklarda iştirak edən "Fənərbağça", "Beşiktaş" və "Başakşəhər" klublarının matçları irəli bir tarixə təxirə salınıb. Onlar müvafiq olaraq "Alanyaspor", "Kayserispor" və "Karagümrük"lə qarşılaşmalı idi.

Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Qeyd edək ki, Super Liqa avqustun 8-də başlayacaq.