AZ

Azərbaycanda klub yeni himayədarlarının adlarını nə vaxt açıqlayacaq?

I Liqada mübarizə aparan «Zaqatala»nın yeni tərəfdaşlarının adları avqustun 10-da açıqlanacaq.

Həmin gün sponsorluq müqavilələrinin imzalanması və ictimaiyyətə rəsmi təqdimatı planlaşdırılıb.

Onların sayı hələlik ikidir və qarşıdakı günlərdə bu rəqəmin bir qədər də artması gözlənilir.

Portnyolarlar müxtəlif sahələr üzrə ixtisaslaşmış şirkətlərdir. Bakıda fəaliyyət göstərirlər.

Yeri gəlmişkən, məlumunuz olsun ki, tezliklə Zaqatala Olimpiya Kompleksində təmir işlərinə start veriləcək.

Redaksiyamıza daxil olan məlumata görə, yenidənqurma yerli klub tərəfindən aparılacaq.

Belə ki, rayonun eyniadlı təmsilçisini himayəsinə götürən iş adamları arenaya xərc çəkməyi öz üzərinə götürüb.

Konkret olaraq, iki biznesmen stadionun qazonunun dəyişdirilməsinə vəsait ayırıb. İstifadə müddəti 10 il öncə bitmiş süni meydança yenisi ilə əvəzlənəcək.

Habelə paltardəyişmə və hakim otaqlarında təmir aparılacaq. Futbolçuların qaldığı kotejlər də bu siyahıdan kənarda qalmayıb.

SPORTİNFO.AZ

Seçilən
16
1
sportinfo.az

2Mənbələr