AZ

Həkim kişilərin uzun ömür sürməsinin sirrini açıqladı

Diyetoloq və qastroenteroloq Nuria Dianova bildirib ki, kişilərin daha uzun ömür sürməsi üçün pəhrizdə bitki zülalının payı artırılmalıdır.

E-saglam.az xəbər verir ki, o, "Qazeta.Ru" ilə söhbətində kişilərin erkən ölüm səbəbləri və onların qarşısını almağın yolları barədə danışıb.

Həkim qeyd edib ki, alimlərin apardığı araşdırmalar göstərib ki, qidalanmada bitki mənşəli zülalın miqdarının 64 faizə qədər artırılması ürək-damar xəstəliklərindən ölüm riskini əhəmiyyətli dərəcədə azaldır.

Dianovanın sözlərinə görə, bu, əsasən liflə zəngin bitki məhsullarının istifadəsinin artması ilə bağlıdır. Eyni zamanda, heyvan mənşəli məhsulların miqdarının azaldılması doymuş və trans yağların qəbulunu azaldır ki, bu da ürək və damar sağlamlığına müsbət təsir göstərir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
1
e-saglam.az

1Mənbələr