ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
İran nümayəndə heyəti 2023-cü ildə Rusiyaya səfər edib və "ikili təyinatlı" nüvə texnologiyaları ilə bağlı (həm mülki, həm də hərbi təyinatlı) bir sıra strateji obyektlərə baş çəkib.
"Azad İran" Telegram" kanalının xəbərinə görə, bu barədə Böyük Britaniyanın məşhur "Financial Times" qəzeti diplomatik mənbələrə istinadən yazıb.
Məlumata görə, İran nümayəndələri Rusiyaya "Mahan Air" aviaşirkəti ilə gəlib və səfər zamanı özlərini "Damavand Tech" şirkətinin əməkdaşları kimi təqdim ediblər. Diqqətçəkən məqamlardan biri də onların diplomatik pasportlarının olması olub.
Səfər Avropa kəşfiyyat xidmətlərinin İranın nüvə fəaliyyətləri üzərində nəzarəti artırdığı bir dövrdə baş tutub. Qəzet yazır ki, İran tərəfi görüşlərdə izotop texnologiyaları və bu sahədə əməkdaşlıq imkanları ilə maraqlanıb. Bir sıra ekspertlərin fikrincə, bu izotoplar nüvə silahının hazırlanmasında mühüm rol oynaya bilər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.