Araşdırmalara görə, temperaturun yüksəlməsi epilepsiya və demans kimi xəstəliklərin kəskinləşməsinə səbəb olur.
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yalnız xəstələr deyil, sağlam insanlar da risk altındadır.
Mütəxəssislərin sözlərinə görə, həddindən artıq isti ilə qərar vermə qabiliyyəti pozulur və diqqət çatışmazlığı pozğunluğu artaraq depressiya riski yaranır. Sağlam insanlar uzun müddət günəş şüasına məruz qaldıqda yuxu pozğunluğu kimi problemlər də yaşaya bilərlər.
Ekspertlər isti havalarda, xüsusən də günəşin ən güclü olduğu günorta saatlarından axşam saat 16:00-a qədər mümkün qədər çölə çıxmamağı tövsiyə edir.