6 avqust 2025-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə hərrac keçiriləcək.
Ləğv prosesində olan daha 4 bankın əmlakları - HƏRRACA ÇIXARILDI - SİYAHI
FED.az xəbər verir ki, hərraca Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan bir neçə bankın balansındakı daşınmaz əmlaklar çıxarılacaq.
Satışa çıxarılan əmlaklar və şərtlər belədir:
№ | Bank adı | Ünvan | Sahə | Əmlak | İlkin satış qiyməti (AZN) | Beh (5%) məbləği (AZN) |
1 | Bank Standard | Abşeron rayonu, Masazır kəndi | 1.2653 ha | torpaq sahəsi | 200 000 | 10 000 |
2 | Atabank | Şirvan şəh., Heydər Əliyev pr. | 0.55 ha torpaq sahəsində (314.7 kv.m) | 2 mərtəbəli ofis binası | 430 000 | 21 500 |
3 | Atabank | Şamaxı şəh., Şəhriyar küç., ev 22 | 279.3 kv.m | qeyri-yaşayış binası | 490 000 | 24 500 |
4 | Texnikabank | Bakı şəh., Yasamal r., 7-ci Sallaxana küç., 7 | 247.92 kv.m | qeyri-yaşayış sahəsi | 750 000 | 37 500 |
5 | NBCBank | Bakı şəh., Azadlıq pr. 81 | 263 kv.m | qeyri-yaşayış sahəsi | 500 000 | 25 000 |
6 | NBCBank | Bakı şəh., Azadlıq pr. 81 | 281.2 kv.m | qeyri-yaşayış sahəsi | 2 300 000 | 115 000 |
7 | Yunayted Kredit Bank | Bakı şəh., Nərimanov r., Ədhəm Orucəliyev küç., 5A | 154.4 kv.m | qeyri-yaşayış binası | 800 000 | 40 000 |