AZ

“Burda söhbət puldan getmir” - Cavid İmamverdiyev

Ötən mövsümü “Quba”da keçirən Cavid İmamverdiyev ötən ay klubdan ayrıldığını açıqlamışdı.

Təcrübəli futbolçu karyerasının son dönəmlərində daha yaxşı pul qazanmaq və 2-ci liqada iddialı kluba keçmək niyyətində olduğunu demişdi. Onun yeni klubu isə “Xudat”dı.

“Football-plus.az” Cavid İmamverdiyevlə əlaqə saxlayıb:
“Bu klubun əsas prinsipi gəncləşdirmədi. Məni komandaya təcrübəli futbolçu kimi gənclərə örnək olmaq üçün götürüblər. Burda söhbət puldan getmir. Pul elə də önəmli olmadı. Komandanın gələcəyi və məqsədi var. Rəhbərlik mənə strategiyasını açıqladı, bəyəndim, razılaşdım. Rəhbərlik də, məşqçilər də peşəkardı. Mənim üçün bu çox önəmlidi. Yaxın gələcəkdə hamı “Xudat”ın iddiasını görəcək. Çox xoşbəxtəm ki, burdayam”.
Qeyd edək ki, şimal təmsilçisi ötən mövsüm Region Liqasının 1/8 finalında mübarizəni dayandırıb.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
90
1
football-plus.az

2Mənbələr