ABŞ-ın sabiq prezidenti Donald Tramp bildirib ki, neftin qiymətinin daha 10 dollar ucuzlaşması Rusiyanı Ukraynadakı hərbi əməliyyatları dayandırmağa məcbur edə bilər.
Trampın sözlərinə görə, enerji bazarındakı dəyişikliklər Moskvanın maliyyə imkanlarına ciddi təsir göstərir və bu, Kremlə təzyiq vasitəsi ola bilər.
O əlavə edib ki, “Rusiya iqtisadiyyatı enerji ixracına əsaslandığı üçün neftin qiymətindəki hər bir düşüş onların hərbi gücünü zəiflədə bilər”.
Tramp daha əvvəl də bildirmişdi ki, prezident olduğu təqdirdə Ukrayna müharibəsini “24 saat ərzində dayandırmaq” imkanına malikdir.
//Samir Qurbanov, Editor.az