AZ

Böyük dövlətlər qarşı qarşıya: Dünya mübaribəsi olacaq ŞƏRH

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Dünyada hərbi-siyasi gərginlik artmaqda davam edir.

Bakupost.az xəbər verir ki, politoloq Zaur İbrahimli bu prosesi “Fukididin tələsi” termini ilə izah edib.

""Fukididin tələsi" termini 2017-ci ildə ABŞ politoloqu G. Allison tərəfindən işlədildi və populyarlaşdı. Qədim yunan tarixçisi Fukidid Afina ilə Sparta arasında baş vermiş Peloponnes müharibəsinin (e.ə. 5-ci əsr) səbəblərini izah etmək üçün bu termindən istifadə edib. O, əsaslandırırdı ki, Afinanın yüksəlişi və güclənməsi Spartada qorxu yaradaraq müharibəni qaçılmaz etdi. 8 il əvvəl Çin lideri Si Cinpin Pekin və Vaşinqton arasında münasibətlərdə "Fukidid tələsi"ndən yayınmağın zəruriliyi barədə açıqlama vermişdi", – deyə o bildirib.

Z.İbrahimlinin sözlərinə görə, son 8 ildə çox şey dəyişib və hazırda Rusiya-Ukrayna müharibəsinin nəticələri yenidən "Fukididin tələsi"ni gündəliyə gətirib.

“ABŞ Prezidenti Trampın qəti xəbərdarlığının Çin və Hindistanda qulaqardına vurulması, prezident Putinin müharibəni davam etdirmək qərarlılığı, NATO-nun güclənməsi, İsrail-İran müharibəsi, Təl-Əvivin aqressiv siyasətinə ara verməməsi bunu deməyə əsas verib”.

Politoloqun fikrincə, zamanında buraxılmış səhvlər elə şərtlərə səbəb olub ki, Rusiya, Çin, İran, İsrail, Hindistan, Ukryana, Britaniya, Avropa İttifaqı, Türkiyə tərəfindən mövcud münaqişlər və müharibələrlə əlaqədar hər hansı əhəmiyyətli güzəştə gedilməsi tam məğlubiyyətə yol açacaq amil kimi dəyərləndirilir:

“Bilavasitə və dolayısı ilə münaqişə və müharibə tərəfləri hər hansı güzəşti tam geri çəkilmək kimi dəyərləndirir və hesab edir ki, bu addım yaxın gələcəkdə strateji məğlubiyyəti qaçılmaz edəcək. Ukraynada hesab edirlər ki, indi Putinin şərtlərini qəbul etmək suverenliyin tam itirilməsi ilə nəticələnəcək. İranda da qəti mövqe var ki, nüvə məsələsində İsrailin şərtlərini qəbul etmək ölkəni müstəqil xarici siaysət yürütmək imkanından mərhrum edəcək və daxildə sistemi tam dəyişə bilər. Çin və Hindistan açıq bəyan edirlər ki, onların güzəşti ABŞ-ın hegemonluğunun güclənməsi demək olacaq və onlara qarşı təzyiqlər durmadan artacaq. Britaniya və Aİ-nin yanaşmasına görə, Moskva qalib gəlsə, yenidən Stalin siyasəti qayıdacaq və Avropa təhdid altınada qalacaq. Ruslar obrazlı ifadə etsək, xərac alacaqlar. Ruslar isə hesab edirlər ki, qələbəyə qədər döyüşməsələr Qərb yaxın gələcəkdə asanlıqla Rusiyanı asılı vəziyyətə salacaq. Çin üçün Rusiyanın məğlubiyyəti strateji təhdid yaranması deməkdir, Qərb tam gücünü Pekinə qarşı yönəldəcək. Rusiyanın qələbəsini isə Qərbdə Şərq blokunun güclənəcəyi və artıq onların diktə etmək imkanın yaranması kimi dəyərləndirirlər. Buna görə tərəflər esakalasiyanı artırırlar və hesab edirlər ki, qarşı tərəf dözməyərək güzəştə gedəcək. "Fukididin tələsi" belə yaranır. Bu isə III Dünya Müharibəsinə yol açır..."

Lalə, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
www.bakupost.az

1Mənbələr