Moldova məhkəməsi avqustun 5-də Gəgəuziya Muxtar Vilayətinin rəhbəri, Rusiyayönlü siyasətçi Yevgeniya Qutsulu ciddi ittihamlarla 7 il müddətinə azadlıqdan məhrum edib.
İttihamlar:
Qutsul Rusiya tərəfindən maliyyələşdirilən “Şor” Partiyasının qanunsuz maliyyələşdirilməsində ittiham olunurdu. İstintaqa əsasən, o, 2019–2022-ci illər ərzində Moskvanın dəstəyi ilə Mərkəzi Seçki Komissiyasının və ictimai rəyin manipulyasiyası üçün pullar yönləndirib.
Yevgeniya Qutsul kimdir?
Qaqauziyanın rəhbəri və “Şor” blokunun əsas simalarından biri
Müntəzəm olaraq Moskvaya səfər edir və Kremlə açıq dəstək verir
Avropa İttifaqı və ABŞ-ın sanksiya siyahısına daxil edilib – ölkədə sabitliyi pozmaqda və xarici müdaxiləni gücləndirməkdə ittiham olunur
Siyasi nəticələr:
Bu qərar Moldova rəhbərliyinin – xüsusən Prezident Maya Sandunun – ölkədə Rusiya təsirinə qarşı apardığı mübarizənin mühüm hissəsi kimi qiymətləndirilir. Rəsmi Kişinyov Kremlin regiondakı təsir dairəsini daraltmaq üçün konkret addımlar atır.
Avropa İttifaqı da paralel şəkildə “Şor” hərəkatı və onunla bağlı olan şəxslərə qarşı sanksiyaları genişləndirib. Qutsulun həbsi eyni zamanda digər Rusiyayönlü siyasətçilərə siyasi siqnal kimi də dəyərləndirilir.
//Samir Qurbanov, Editor.az