AZ

Mərkəzi Asiya ölkələri və Azərbaycan formatının tələbinə çevrilməsi müzakirə edilib (FOTO)

Bakı. Trend:

Avqustun 5-də Avazada Türkmənistan Xalq Məsləhətinin sədriQurbanqulu Berdiməhəmmədov, Özbəkistan Respublikasının PrezidentiŞavkat Mirziyoyev və Azərbaycan Respublikasının Baş naziri ƏliƏsədov arasında üçtərəfli görüş keçirilib.

Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Ə.Əsədov Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin salamlarını Türkmənistan Xalq Məsləhətinin sədrinəvə Özbəksitanın dövlət başçısına çatdırıb.

Qurbanqulu Berdiməhəmmədov və Şavkat Mirziyoyev Prezident İlhamƏliyevin salamlarına görə minnətdarlıqlarını bildiriblər, onlarında salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahişediblər.

Qurbanqulu Berdıməhəmmədov və Şavkat Mirziyoyev AzərbaycanınMərkəzi Asiya ölkələri ailəsində, Dövlət başçılarının Məşvərətşurasında xüsusi yerinin olduğunu, Azərbaycan Prezidentinin buistiqamətdə çox iş gördüyünü vurğulayıb və Azərbaycanın regionölkələri ilə birlikdə Avrasiya, habelə bütün dünya üçün böyükəhəmiyyət kəsb etdiyini qeyd ediblər.

Q.Berdıməhəmmədov Mərkəzi Asiya ölkələri və Azərbaycanformatının artıq faktiki olaraq mövcud olduğunu, bu əməkdaşlığıngünün tələbinə çevrildiyini və bu formatın daimi praktikayaçevrilməsinin zəruriliyini qeyd edib.

Türkmənistan Xalq Məsləhətinin sədri Prezident İlham ƏliyevinAzərbaycan-Türkmənistan-Özbəkistan formatında əməkdaşlığı vacibsaydığını qeyd edib və bu görüşü belə bir yeni formatın əsasınınqoyulması kimi qiymətləndirib.

Üçtərəfli formatın ilk görüşündə humanitar, mədəni əlaqələrininkişafının vacibliyi və iqtisadi əməkdaşlıq mövzuları müzakirəedilib.

İqtisadi sahədə ən aktual istiqamətlər kimi nəqliyyat,logistika, enerji sektorlarında strateji əməkdaşlığın daha dagenişləndirilməsinə qarşılıqlı maraq ifadə olunub.

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu BerdıməhəmmədovAzərbaycanda səfərdə olarkən Prezident İlham Əliyevlə Füzulirayonunda məscidin tikintisi, habelə Füzuli və Arxadağ şəhərlərininqardaşlaşması ilə bağlı razılığın əldə olunduğunu bildirib.

Mərkəzi
Mərkəzi
Mərkəzi
Seçilən
11
36
az.trend.az

10Mənbələr