Gürcüstanın baş naziri İrakli Kobaxidze BMT konfransı çərçivəsində Ermənistan prezidenti Vahan Xaçaturyanla görüşüb.
Yenisabah.az xəbər verir ki, görüş zamanı Gürcüstan və Ermənistan arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri, müxtəlif sahələrdə uğurlu əməkdaşlıq, eləcə də regionda baş verən proseslər müzakirə olunub.
"Cənubi Qafqazda sülh və sabitliyin xüsusi əhəmiyyəti qeyd edilib. Baş nazir bəyan edib ki, Ermənistan və Azərbaycanın sülh sazişi üzrə danışıqların başa çatması ilə bağlı birgə bəyanatı bu istiqamətdə irəliyə doğru mühüm addımdır. İrakli Kobaxidze Gürcüstan hökumətinin dialoqu asanlaşdırmağa və bununla da regionda uzunmüddətli sülh və sabitliyi təmin etməyə hazır olduğunu bir daha təsdiqləyib”, - Gürcüstan hökumətinin mətbuat xidməti bildirib. Dördpendirli pizza
Telegram kanalımız