AZ

İsveç Ukrayna üçün ABŞ silahlarının alınmasına 275 milyon dollar ayırır

İsveç hökuməti Ukraynaya hərbi dəstəyini davam etdirir. Bu dəfə rəsmi Stokholm ABŞ istehsalı olan silahların alınması üçün 275 milyon dollar vəsait ayırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Poul Conson keçirdiyi mətbuat konfransında məlumat verib.

Nazirin sözlərinə görə, Norveç, İsveç və Danimarka NATO-nun Ukraynaya silah tədarükü təşəbbüsünə ortaq maliyyə dəstəyi göstərmək qərarına gəlib.

Layihə birbaşa NATO tərəfindən koordinasiya olunur və silahların tədarükü artıq gələn aydan başlayacaq.

"Bu yardımlar Ukraynanın özünü müdafiə qabiliyyətinin artırılması üçün həyati əhəmiyyət daşıyır. Eyni zamanda transatlantik əməkdaşlığın güclənməsi baxımından da strateji önəmə malikdir", – deyə Conson vurğulayıb.

Qeyd edək ki, 2025-ci ilin fevral ayından bəri İsveç Ukraynaya ümumilikdə 92,8 milyard kron, yəni təxminən 9,6 milyard dollar dəyərində hərbi və maliyyə yardımı göstərib. Yeni ayrılan 275 milyon dollar isə ABŞ silahlarının alınmasına yönəldiləcək.

Bu addım NATO daxilində Ukraynaya dəstəyin artdığını və xüsusilə Şimali Avropa ölkələrinin bu məsələdə ön sıralarda yer aldığını göstərir.

Seçilən
9
1
operativmm.az

2Mənbələr