AZ

Böyük Britaniyada minik avtomobillərinin satışları 5% azalıb

Böyük Britaniyada minik avtomobillərinin satışı iyulda illik müqayisədə 5% azalıb.

Bakues.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu, Avtomobil İstehsalçıları və Treyderlər Cəmiyyətinin (SMMT) hesabatında yer alıb.

Hesabata görə, iyulda ölkədə 140 154 yeni avtomobil qeydiyyata alınıb ki, bu da 2022-ci ildən bəri həmin ay üçün ən aşağı rəqəmdir. Tam elektriklə işləyən avtomobillərin (BEV) satışı 9,1% artaraq 29 825 ədəd, plug-in hibridləri (PHEV) isə 33% artaraq 17 489 ədəd təşkil edib. Hibridlərin (HEV) satışı 10% azalaraq 18 551 ədəd təşkil edib.

Elektrikli avtomobillərin, o cümlədən hibridlərin ümumi payı bütün bazarın 47%-ni təşkil edib. Benzinlə işləyən avtomobillərin satışı 14,7% azalaraq 66 271 ədəd, dizellə işləyən avtomobillərin satışı isə 7,9% azalaraq 8 018 ədəd olub.

İyulda ən populyar modellər “Kia Sportage” (4482), “Ford Puma” (4409) və “Nissan Juke” (3077) olub.

Asim

Seçilən
96
icma.az

1Mənbələr