AZ

Azərbaycan və BƏƏ AI sahəsində birgə tədqiqat mərkəzi yarada bilər

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə süni intellekt (AI) sahəsində birgə tədqiqat və inkişaf mərkəzinin yaradılmasını müzakirə edib.

525.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.

“Əbu-Dabidə BƏƏ-nin sənaye və ən yeni texnologiyalar naziri Sultan Əhməd Əl-Caberlə görüş keçirdik. Görüşdə süni intellekt, kibertəhlükəsizlik, rəqəmsallaşma sahəsində əməkdaşlığın genişləndirilməsi, kadr potensialının artırılması, təlim, mübadilə və təqaüd proqramlarının təşkili məsələlərini müzakirə etdik”,-deyə o qeyd edib.

Onun sözlərinə görə tərəflər həmçinin müştərək investisiya imkanlarının araşdırılması, birgə risk kapitalı fondunun təşkil edilməsi barədə fikir mübadiləsi aparıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
11
525.az

10Mənbələr