AZ

“Omoniya” azarkeşlərini Bakıya gətirə bilməyəcək

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Araz-Naxçıvan”la qarşılaşacaq “Omoniya” səfər oyununda azarkeş dəstəyindən məhrum qalacaq.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fanatların Bakıya səfəri üçün icazə almaq mümkün olmayıb. Bildirilib ki, Azərbaycan tərəfinin bütün rəsmi icazələri yalnız bu gün təqdim edildiyi üçün logistika baxımından azarkeşlərin səfərini təşkil etmək imkansız olub.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Omoniya” oyunu avqustun 7-də “Dalğa Arena”da keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq. Cavab oyunu isə bir həftə sonra Kiprdə baş tutacaq.

Seçilən
64
1
idmanxeber.az

2Mənbələr