Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
İyulun 28-dən avqustun 15-dək məzuniyyətə çıxan Ermənistan Baş naziri Nikol Paşinyan gözlənilmədən iş yerinə qayıdıb.
“AzPolitika” xəbər verir ki, erməni mediasının yazdığına görə, Paşinyan bu gün hökumət binasına gəlib.
Onun məzuniyyətini yarımçıq qoyması avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə keçiriləcəyi gözlənilən görüşlə əlaqələndirilir. Qeyd olunur ki, Paşinyan bu vacib görüşə hazırlıq üçün hökumət binasındakı iş yerinə gəlib.
Yayılan məlumatlara görə, həmin görüşdə Ermənistan və Azərbaycan sülhə nail olmaq niyyətlərini bəyan etməyə hazırlaşır.
Yeri gəlmişkən qeyd edək ki, bu gün respublikaçı konqresmen Co Uilson da sözügedən görüşün baş tutacağı barədə məlumat yayaraq, Trampın Nobel mükafatına layiq olduğunu yazıb.
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.