AZ

SOCAR nəzdində iki yeni şirkət yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nəzdində fəaliyyət göstərəcək iki yeni şirkəti – “SOCAR Zone I” və “SOCAR BTBK” MMC-ləri dövlət qeydiyyatına alıb.

Finss.az xəbər verir ki, hər iki qurum məhdud məsuliyyətli cəmiyyət kimi qeydiyyatdan keçib. Şirkətlər SOCAR-ın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 121 ünvanında, hər biri min manat nizamnamə kapitalı ilə təsis olunub.

“SOCAR Zone I”in qanuni təmsilçisi Bəxtiyev Rəşad Zahir oğlu, “SOCAR BTBK” MMC-nin isə İbadov Fərhad İbad oğludur.

Seçilən
16
10
fins.az

10Mənbələr