AZ

İmişlidə FUTBOLÇULAR qəzaya düşdülər Hadisənin TƏFƏRRÜATI

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İmişlidəki qəza ilə bağlı yeni detallar məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1977-ci il təvəllüdlü Cəmil Babaşovun idarə etdiyi "Opel" markalı nəqliyyat vasitəsinin 1974-cü il təvəllüdlü Əziz Quliyevin idarə etdiyi "Mercedes-Benz" avtomobili ilə toqquşması nəticəsində xəsarət alan yeniyetmələr futbolçular olublar.

Onlar futbol matçından qayıdırmışlar.

14:28

İmişlidəki qəzanın bəzi təfərrüatı məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Ə.Quliyevin idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə C.Babaşovun idarə etdiyi "Opel" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində "Opel"in sürücüsü, elecə də həmin avtomobildə olan beş sərnişin yüngül bədən xəsarətləri alıblar.

Sözügedən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyətinə də aydınlıq gətirilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, bu gün saat 11:00-da İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində altı nəfər (hamısı kişi cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"1977, 2012 və 2013-cü il (4 nəfər) təvəllüdlü şəxslərə müştərək travmalar, üzün, baldırın və bədənin bir neçə nahiyəsinin çapılmış, sıyrılmış yaraları diaqnozları təyin olunub.

2013-cü il təvəllüdlü şəxslərdən birinə zəruri tibbi yardımlar göstərildikdən sonra ixtisaslı tibbi xidmət üçün Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Digər şəxslərin müalicələri tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Hər birinin vəziyyəti qənaətbəxş qiymətləndirilir".

Aygün Mirakif

14:10

İmişli rayonunda iki minik avtomobili toqquşub.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə İmişli-Xoşçobanlı-Qaraqaşlı yolunun rayonun Otuziki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı "Opel" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində xəsarət alan altı nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
oxu.az

2Mənbələr