AZ

Azərbaycan BƏƏ ilə birlikdə süni intellekt sahəsində birgə tədqiqat və inkişaf mərkəzinin yaradılmasını nəzərdən keçirir

Bakı. Trend:

Azərbaycan BƏƏ ilə birlikdə süni intellekt sahəsində birgətədqiqat və inkişaf mərkəzinin yaradılmasını nəzərdən keçirir.

Trend xəbərverir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyatnaziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.

"Əbu-Dabidə BƏƏ-nin sənaye və ən yeni texnologiyalar naziriSultan Əhməd Əl-Caberlə görüş keçirdik. Görüşdə süni intellekt,kibertəhlükəsizlik, rəqəmsallaşma sahəsində əməkdaşlığıngenişləndirilməsi, kadr potensialının artırılması, təlim, mübadiləvə təqaüd proqramlarının təşkili məsələlərini müzakirə etdik.

Həmçinin süni intellekt sahəsində birgə tədqiqat və inkişafmərkəzinin yaradılması, müştərək investisiya imkanlarınınaraşdırılması, həmçinin birgə risk kapitalı fondunun təşkiledilməsi barədə fikir mübadiləsi apardıq", - deyə paylaşımda qeydedilib.

Seçilən
6
11
az.trend.az

10Mənbələr