AZ

Ekvadorda silahlı qrup stadiona basqın etdi 3 ölü, 5 yaralı

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ekvadorda futbol matçı zamanı şok hadisə yaşanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, dəhşətli insident Ekvadorun cənubunda, Peru ilə sərhəddə yerləşən Buenavista şəhərində baş verib.

Belə ki, stadiona gələn bir qrup silahlı şəxs azarkeşlərə atəş açıb. Nəticədə 3 nəfər ölüb, 12 yaşlı qız da daxil olmaqla 5 nəfər yaralanıb.

Polis polkovniki Pablo Fajardo bildirib ki, şübhəlilər hadisə yerinə iki motosikletlə gəlib və fanatlara atəş açıblar.

Sosial şəbəkələrdə yayılan videolarda silah səsləri, ardınca qaçan və qışqıran insanlar görünür. Hadisə şahidlərinin bildirdiyinə görə, cəsədlər stadionun qazonunda qalıb, yaralılar isə yaxınlıqdakı tibb mərkəzlərinə aparılıb.

Hələlik həbs olunanlar barədə məlumat verilmir, ərazidə araşdırma aparılır.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
525.az

1Mənbələr