“Apple” şirkəti “iPhone 17” seriyasını və onun digər yeni məhsullarını sentyabrın 9-da təqdim edəcək.Bu barədə Almaniyanın “iPhone-Ticker” portalı Almaniya telekommunikasiya sənayesindəki mənbələrə istinadən məlumat yayıb.
Maraqlıdır ki, bu məlumatlar daha əvvəl “Apple” -ın təqdimatı üçün ən çox ehtimal olunan tarixlər kimi sentyabrın 9-u və ya 10-u adlandıran “Bloomberg”-in jurnalisti Mark Qurmanın proqnozu ilə üst-üstə düşür.
“Apple”-ın ənənəvi sxeminə görə, ilkin sifarişlər sentyabrın 12-i cümə günü başlayacaq, mağazalara və müştərilərə ilk çatdırılma sentyabrın 19-da gözlənilir.Bu gün smartfonlar ABŞ, Çin, Avropa və Yaponiya da daxil olmaqla, əsas regionlarda satışa çıxarılacaq.
Sentyabrın 9-da keçiriləcək təqdimat çərçivəsində birdən dörd modelin elan ediləcəyi gözlənilir: iPhone 17, Plus versiyasını əvəz edəcək iPhone 17 Air, iPhone 17 Pro və iPhone 17 Pro Max. Şirkət, ehtimal ki, Apple Watch Series 11, Apple Watch SE 3, Apple Watch Ultra 3 və ehtimal ki, AirPods Pro 3 qulaqlıqlarını da təqdim edəcək.
“Apple” çox güman ki, tədbirdən bir həftə əvvəl, yəni sentyabrın 2-də təqdimat tarixini rəsmi olaraq elan edəcək və bloqçulara və mediaya dəvət göndərəcək.
Almaz Həsənli