2025-ci il Avropada avtomobil satışları ciddi canlanma ilə başlamayıb. Qitədə bu ilin ilk yarısında 6 840 000 ədəd təzə avtomobil satılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz azdır. İyun ayında isə geriləmə 4 faizi ötüb.
Avtosfer.az xəbər verir ki, satışlarda azalma ölkələr üzrə dəyişir. İtaliya, Belçika və Almaniya kimi böyük bazarlarda vəziyyət ürəkaçan deyil. Lakin ən ciddi geriləmə Rumıniyada qeydə alınıb – 50 faiz.
Cari ilin ilk yarısında ən çox satılan marka “Renault” olub. Şirkətin 2 modeli – “Sandero” və “Clio” ilk beşliyin başında qərar tutub. Üçüncü yerdə Peugeot, dördüncü yerdə isə “Volkswagen” qərarlaşıb.
Hesabat dövründə qitədə 1 milyondan çox elektromobil satılıb ki, bunlarında başında “Tesla” dayanır.
Vüqar