AZ

Hindistanda torpaq sürüşməsi can aldı Ölən və itkin düşənlər var

ain.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hindistanın Uttarxand əyalətində güclü yağışın səbəb olduğu torpaq sürüşməsi nəticəsində 4 nəfər ölüb, 50-dən çox adam itkin düşüb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Hindistanın Dharali rayonunda qəfil yağan leysan torpaq sürüşməsinə səbəb olub.

Səlahiyyətlilərin ilkin məlumatlarına görə, 4 nəfərin öldüyünü, 50-dən çox adamın itkin düşdüyünü açıqlanıb.

Uttarakhand Baş Naziri Pushkar Singh Dhami sosial media hesabında bildirib ki, Hindistan ordusu və müvafiq qruplar axtarış-xilasetmə işlərini davam etdirir.

Dhami sürüşmə zonasının sakinlərinin təhlükəsiz ərazilərə təxliyyə edildiyini və zərərçəkənlərə lazımi yardımların göstərildiyini bildirib.

Daxili işlər naziri Amit Şah da Dhami ilə görüş zamanı bölgəyə hər cür dəstəyin göstəriləcəyini bildirib.

Şahidlərin görüntülərində sürüşmənin evləri və ətrafdakı bitki örtüyünü apardığı görünür.

Gülay

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
azxeber.com

1Mənbələr