AZ

Qutsul 7 il müddətinə azadlıqdan məhrum edilib

Kişinyov məhkəməsi Moldovanın Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsulu müxalif “Şor” partiyasının maliyyələşdirilməsində qanun pozuntusunda ittiham edərək 7 il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmə həmçinin “Şor” partiyasının keçmiş katibi Svetlana Popanı maliyyə pozuntularına görə 6 il müddətinə azadlıqdan məhrum edib. O, qaqauzların lideri ilə birlikdə məhkəmə zalında həbs edilib və onlar məhkəmə zalından çıxarılaraq polis mikroavtobusunda aparılıb. Bu barədə TASS-a Qutsulun vəkili Nataliya Bayram bildirib.

O deyib ki, Qaqauz Muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul öz hüquqları və günahsızlığının tanınması uğrunda sona qədər mübarizə aparmaq əzmindədir.

Qutsul Qaqauziyadakı seçkilərdə qalib gəlməzdən əvvəl Konstitusiya Məhkəməsi tərəfindən qanunsuz elan edilən və hökumətin təşəbbüsü ilə 2023-cü ildə ləğv edilən Şor partiyasının funksioneri olub. Bu partiyanın keçmiş funksionerlərinin çoxu müxalifətin “Qələbə” blokuna qoşulub. Prokurorlar hesab edirlər ki, 2019-cu ildən 2022-ci ilə qədər Qutsul Şor partiyasını maliyyələşdirmək üçün Rusiyadan maliyyə yardımı alıb.

Bu ilin aprelində o, mütəşəkkil cinayətkar qrupdan pul almaqda başqa ittihamla ittiham olunub. Bu işdə Qutsulla yanaşı, digər partiya funksioneri Svetlana Popan da iştirak edib. Qutsul 2025-ci il martın 25-də 2023-cü ildə Qaqauziyada seçki kampaniyasının maliyyələşdirilməsində sui-istifadədə ittiham olunduğu başqa cinayət işi çərçivəsində saxlanılıb.

Əziz MUSTAFA

Seçilən
53
oxumeni.az

1Mənbələr