AZ

Türkiyə Rusiya taxılının idxalını azaldır

Oxumeni.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyə Rusiya taxılının idxalını azaldır

İyun son hesabat ayında Türkiyə keçən ilin iyun ayı ilə müqayisədə Rusiya buğdasının idxalını demək olar ki, üç dəfə - fevraldan bəri minimuma endirib, “RİA Novosti” Türkiyənin statistika xidmətinin məlumatlarına istinadən xəbər verir.

Belə ki, ölkə Rusiyadan 53,1 milyon dollara buğda alıb ki, bu da bir il əvvəlkindən 2,6 dəfə, cari 2025-ci ilin may ayı ilə müqayisədə isə 2,1 dəfə azdır. Türkiyə ümumiyyətlə, buğdadan əlavə qarğıdalı, bəzən isə arpa və qarabaşaq yarması almasına baxmayaraq, ümumiyyətlə, başqa bitkilər almayıb.

Cari ilin 6 ayı ərzində Türkiyənin Rusiyadan aldığı buğdanın ümumi həcmi 318,2 milyon dollar təşkil edib ki, bu da ötən 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə azdır.

Bu ilin əvvəlində Ankara Rusiyadan qarğıdalı 183,5 milyon dollara alıb ki, bu da bir il əvvəlkindən 17 dəfə az, qarabaşaq yarmasını 52 min dollara, yəni 8 dəfə azdır. Arpa alışı da 7,6 dəfə azalaraq 4,7 milyon dollara düşüb.

Almaz Həsənli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
oxumeni.az

2Mənbələr