AZ

Yaponiyada isti hava temperatur rekordu qırıb

Yaponiyada sinoptiklər ölkədə yeni temperatur rekordu qeydə alıblar: termometr göstəriciləri +41,8°C-ə çatıb.

Editor.az bu barədə Yaponiya Milli Meteorologiya İdarəsinin saytında verilən məlumata istinadla xəbər verir.

Rekord temperaturun Qunma prefekturasının İsaki şəhərində qeydə alındığı bildirilir. Bu, 19-cu əsrin sonundan bəri ən yüksək temperaturdur. Əvvəlki rekord cəmi bir həftə əvvəl qeydə alınıb: iyulun 30-da Tambada temperatur +41,2°C-ə çatıb.

Qeyd edək ki, bu gün Tokioda kölgə temperaturu da demək olar ki, +37°C-ə çatıb. Artıq dördüncü gün idi ki, +35°C-i keçib.

//Gülnarə Abasova, Editor.az

 

 

Seçilən
1
editor.az

1Mənbələr