AZ

Bakıda maşında unudulan telefon partladı; salon yandı VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avtomobilin içərisində unudulan mobil telefon təhlükəli vəziyyət yaradıb. 

Avtosfer.az xəbər verir ki, avtomobil sahibi cihazı maşının salonunda qoyaraq uzaqlaşıb. Havaların isti keçməsi telefonda batareyanın şişməsi nəticəsində baş verib. Nəticədə, cihaz partlayaraq yanğına səbəb olub.

Hadisə zamanı avtomobilin oturacağı alışaraq yanıb və yararsız hala düşüb. Xoşbəxtlikdən, hadisə zamanı avtomobildə və ya ətrafda heç kim olmayıb.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, yay aylarında xüsusilə gün altında saxlanılan avtomobillərdə elektron cihazları qoymaq təhlükəlidir. Bu cür hallarda cihazların batareyası qızaraq şişə və partlaya bilər ki, bu da yanğına və ciddi zərərlərə səbəb ola bilər.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
72
1
avtosfer.az

2Mənbələr