AZ

Elektromobillərdən son günlər niyə qəribə səslər gəlir? ELÇİN ABBASOV SƏBƏBLƏRİ AÇIQLADI FOTO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son həftələrdə Bakıda elektrik avtomobillərindən gələn səslər sürücülərin narazılığına səbəb olub. Belə ki, nəqliyyat vasitəsindən fen səsinə bənzər vıyıltı səsi eşidilir və bu, nəqliyyat vasitəsində ciddi nasazlığın olmasına işarə edir. Sürücülərin bir qismi problemin maşının ön paçevnikindən qaynaqlandığını bildirsə də, digər bir qism sükan mexanizminin deformasiyaya uğramasından yarandığını düşünür.

Mövzu ilə bağlı avtomobil mütəxəssisi Elçin Abbasov Avtosfer.az-a açıqlamasında bildirib ki, Çin avtomobilləri də digər avtomobillər kimi asqı sisteminə malikdirlər və bu asqı sistemi də universal asqı sistemidir, yəni başqa avtomobillərdə olan sistemlərdəndir.

“Bu avtomobillərdə hansısa səslərin gəlməsi əksər halda hansısa texniki həllərinin doğru həyata keçirilməməsi və ya hansısa qulluğun düzgün olunmaması nəticəsində baş verir. Məsələn, əgər avtomobil hərəkət edərsə, ondan diyircəkli yastıq səsi gəlirsə və avtomobil yüksək sürətlə hərəkət edəndə hansısa kənar səslər gəlirsə, bunun səbəbini əksər halda differensial ilə əlaqələndirmək olar, differensialın yağını yoxlamaq lazımdır.

Ölkəmizdə olan müasir Çin maşınları plug-in hibrid, hibrid və elektromobillərdir və bunlarda da elektrik mühərrikindən sonra ən vacib element reduktordur. Reduktorun yağının düzgün dəyişilməsi, ona düzgün qulluğ edilməsi bu səslərin qarşısını ala bilər. Əslində bu avtomobillərdən ilkin problem kimi yağın miqdarının  az olması göstərilir və buna görə də avtomobillə hərəkətə başlamazdan əvvəl onda yağın səviyyəsini yoxlamaq lazımdır ki, reduktorda baş verə biləcək yeyintilərin qarşısını almaq mümkün olsun. Bundan əlavə, sükan mexanizmdə də bəzən səslər gəlir, bu da bəzi modellərdə mümkündür və orada yerləşən ötürmə elementlərinin lüftünün daha çox olması ilə əlaqədərdir.

Onu da qeyd edim ki, bütün bu problemləri aradan qaldırmaq mümkündür və imkan daxilində bunu tez etmək lazımdır ki, daha bahalı təmirlə üzləşilməsin”.

Səfər

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
avtosfer.az

1Mənbələr