AZ

Rusiya istehsalı olan elektromobil doldurulduqdan sonra yandı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Perm şəhərində elektromobil tam doldurulduqdan dərhal sonra alovlanıb.

Avtosfer.az xəbər verir ki, A5 markalı avtomobilin sürücüsü ödəniş üçün elektromobildən düşən anda tüstülənmə başlayıb. O, odsöndürən balonla alova müdaxilə etsə də, nəticəsiz olub. İstehsalçı məsələyə münasibət bildirməkdən imtina edib.

Qeyd edək ki, A5 elektromobili Çinin JMEV Yi modelinin Kalininqrad şəhərində yığılan versiyasıdır. Sözügedən avtomobil 2024-cü ilin oktyabrında alınıb.

Ehtimal olunur ki, qəzaya akkumulyatorun istehsalı vaxtı yol verilmiş qüsurlar və ya doldurucu qurğunun nasazlığı səbəb olub.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
avtosfer.az

1Mənbələr