AZ

Azərbaycan çempionundan 4 transfer ADLAR

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qadın həndbolçular arasında son Azərbaycan çempionu "Azəryol" heyətinə dörd oyunçu cəlb edib. Sport24.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Bakı klubunun baş məşqçisi Aleksandr Revva məlumat verib.

Onun sözlərinə görə, komanda İrina Pançenko (qapıçı), İrina Mixalkoviç, Zinayda Akundova və Aida Zafarovanı transfer edib. Həmin həndbolçularla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Azəryol" Avropa Kubokunun II təsnifat mərhələsində Avstriyanın "Union Kornoyburq" komandası ilə qarşılaşacaq. Bu raundun ilk oyunları sentyabrın 27-28-də, cavab matçları isə oktyabrın 4-5-də olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
7
sport24.az

8Mənbələr