sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Məncə, bu rəqib "Qarabağ"dan aşağı səviyyədədir. Amma komanda şəklində yaxşı futbol oynayırlar". Bu sözləri Sport24.az-a Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib. Keçmiş yarımmüdafiəçi ölkə çempionunun səfərdə Şimali Makedoniya təmsilçisi "Şkendiya"ya qarşı keçirəcəyi Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu ilə bağlı fikirlərini bölüşüb. O, ilk növbədə "köhlən atlar"a uğurlar arzulayıb: "Məncə, meydan sahibləri əks-hücumda oynamağa çalışacaq. "Qarabağ" isə buna imkan verməməlidir. Onlardan dominant futbol gözləyirəm. Qol imkanlarından maksimum istifadə etsələr, daha yaxşı nəticə də əldə edə bilərik. "Qarabağ" rəqibindən bir baş üstündür. Düşünürəm ki, mərhələni də keçəcək və səfərdə qalib gələcək".Qeyd edək ki, "Şkendiya" - "Qarabağ" oyunu bu gün, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.