ain.az bildirir, sport24.az portalına istinadən.
"Marsel"in hücumçusu Meyson Qrinvud karyerasını "Əl-Nasr"da davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
"Mançester Yunayted"də komanda yoldaşı olmuş, hazırda "Əl-Nəsr"in formasını geyinən Kriştiano Ronaldo da 23 yaşlı ingilis futbolçunu komandada görmək istəyir.
Qrinvudun xidmətində Milan "İnter"inin də maraqlı olduğu bildirilir.
Qeyd edək ki, hücumçu ötən mövsüm Liqa 1-də 21 qol vurub və PSJ-nin forvardı Usman Dembele ilə birlikdə çempionatın ən sərrast futbolçusu olub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.