AZ

Taekvondoçularımız Türkiyədə təlim məşq toplanışında

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan taekvondoçuları Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında iştirak edirlər. Sport24.az xəbər verir ki, hazırlığa Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM) taekvondo bölməsinin rəhbəri Elməddin Vəliyevin rəhbərliyi altında yeniyetmə və gənclər yaş kateqoriyası üzrə 9 idmançı qatılıb.

Toplanış çərçivəsində idmançılar Türkiyənin bir neçə tanınmış komandası ilə birgə intensiv məşqlər keçir, qarşılıqlı təcrübə mübadiləsi aparır və beynəlxalq yarışlara hazırlıq səviyyələrini daha da artırmaq imkanı əldə edirlər.

Təlim-məşq toplanışları idmançıların texniki və fiziki hazırlığını gücləndirməklə yanaşı, onların beynəlxalq arenada uğurlu çıxışlarına hesablanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
9
sport24.az

10Mənbələr