AZ

Ukraynadakı münaqişə Almaniyada demoqrafik vəziyyə təsir edib

Almaniyada 2005-ci ildən müşahidə edilən 15-24 yaş arası gənclərin xüsusi çəkisində azalma son üç ildə Ukraynadan gənclərin axını ilə sabitləşib.

Qaziler.az xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsinin (Destatis) press-relizində deyilir.

Agentlik qeyd edib ki, 2021-ci ildən etibarən bu yaş qrupunda olan sakinlərin ölkə əhalisinin ümumi sayındakı xüsusi çəkisi 10% səviyyəsindədir.

"2024-cü ilin sonuna olan məlumata görə, 8,3 milyondan çox insan 15-24 yaş arasındadır", - press-relizdə deyilir.

“Destatis”in sözlərinə görə, gənclərin əhali arasındakı ən böyük payı 40 ildən çox əvvəl qeydə alınıb. Belə ki, 1983-cü ildə müasir Almaniya ərazisində 13,1 milyon nəfər 15-24 yaş arasında olub.

QAZİLER.AZ

Seçilən
1
qaziler.az

1Mənbələr