AZ

Ayasofya məscidini yandıran şəxs saxlanılıb | VİDEO

AzVision.az xəbər verir ki, Türkiyənin “Ekol TV” telekanalı belə məlumat yayıb.

“Qırmızı papaqlı şəxs namazdan sonra məsciddə stolun arxasındakı kağız yığınını yandırıb. Bir qadın yanğını vaxtında görüb və imama xəbər verib, imam isə xalçanı qaldıraraq alovu söndürə bilib”,- xəbərdə vurğulanır.

Hadisədən bir neçə saat sonra şübhəli şəxs qismində Məsut Güçlü həbs edilib. “Ekol TV”-nin məlumatına görə, o, əvvəllər İstanbulun Bakırköy rayonunda yerləşən psixiatriya klinikasında müalicə olunub. Məhkəmə onun həbsinə qərar verib.

Xatırladaq ki, 2020-ci ilin avqustunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofyanın və orada yerləşən Kariye muzeyinin məscidə çevrilməsi və orada müsəlmanların ibadətinin bərpası haqqında fərman imzalayıb.

Ayasofiyada ilk namaz həmin ilin iyul ayında qılınıb. 2024-cü ilin yanvar ayından etibarən binanın birinci mərtəbəsi sırf namaz qılmaq üçün açıqdır, turistlərə yalnız ikinci mərtəbəyə girməyə icazə verilri, giriş haqqı 25 avrodur.



Sahil İsgəndərov
AzVision.az

Seçilən
25
azvision.az

1Mənbələr