AZ

Tayland-Kamboca arasında sui-qəsd gündəmi - ÖZƏL

Kamboca xüsusi xidmət orqanları Taylandın ölkə rəhbərlərinə qarşı sui-qəsd hazırladığını iddia edir. Olaylar.az xəbər verir ki,  Khmer Times qəzetinin kəşfiyyat mənbələrinə istinadla verdiyi məlumata görə, Tayland hökuməti baş nazir Hun Manetə və Senatın (parlamentin yuxarı palatası) sədri Hun Senə qarşı GPS-lə idarə olunan bombalarla hədəfli hücum planlaşdırır.
Məlumata görə, Tayland bu məqsədlə AT-6TH tipli yüngül hücum təyyarələrindən istifadə etməyi düşünür. Qeyd olunur ki, 29 iyul tarixində Tayland səkkiz belə təyyarə və 200 ədəd uyğun döyüş sursatı əldə edib. Həmçinin daha əvvəl Cənubi Koreyaya təmir və ya silahlanma məqsədilə göndərilmiş dörd təyyarənin də ölkəyə qaytarıldığı bildirilir.
Qəzetin məlumatına görə, bu inkişaflar Kamboca hakimiyyətində ciddi narahatlıq yaradıb və bölgədə vəziyyətin gərginləşməsi ehtimalını artırır. Hazırda rəsmi Bangkok tərəfindən bu ittihamlara cavab verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
16
olaylar.az

1Mənbələr