Rusiya daha orta və qısa mənzilli raketlərin yerləşdirilməsi məsələlərində heç nə ilə məhdudlaşdırılmayıb.
Missiya.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov cari beynəlxalq və daxili hadisələri şərh edərək vurğulayıb.
O qeyd edib ki, mövcud vəziyyət bunu tələb edərsə, ölkənin müvafiq silahların yerləşdirilməsi üçün addımlar atmaq hüququ var:
"Heç bir ictimai bəyanat və ya açıqlama gözləmək lazım deyil - müdafiə məsələləri həssas və ictimai olmayan sahədir".
Qeyd edək ki, bir gün əvvəl Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın orta və daha qısa mənzilli yerüstü raketlərin (INF) yerləşdirilməsinə qoyulan moratoriumdan imtina etdiyini açıqlamışdı.
Nurlana ƏhmədovaMissiya.Az