AZ

ABŞ xarici tələbələrə qoyduğu viza tələbələrinə görə $7 milyard itirə bilər

2025-ci ilin payızında ABŞ-yə təhsil almaq üçün gələn əcnəbi əsilli tələbələrin sayı 30-40 faiz azala bilər ki, bu da Amerika iqtisadiyyatına 7 milyard dollara başa gələcək və təhsildən tutmuş mənzil və pərakəndə ticarətə qədər sənaye sahələrində 60 000-dən çox iş yerini azaldacaq. Bunu “JB International” kosaltinq şirkəti və Beynəlxalq Təhsilin Peşəkarlar Assosiasiyası (NAFSA) üzvlərinin apardığı araşdırma nəticələri göstərir.

Böhran ABŞ Dövlət Departamentinin 2025-ci il mayın 27-dən iyunun 18-dək viza müsahibələrini dayandırması və ərizəçilər üçün yeni yoxlama prosesinin tətbiqi zamanı yaranıb. Bu, ABŞ-nin dünya üzrə konsulluqlarının işində ciddi fasilələrə səbəb olub.

Pik dövrdə tələbə vizası üçün müraciətlərin sayı əvvəlki illərlə müqayisədə 80-90% az ola bilər. “Avqustda vizaların verilməsi sürəti əhəmiyyətli dərəcədə artmasa, payızda ölkəyə 150 000 daha az tələbə daxil ola bilər”, – mesajda deyilir.

Bu halda, ABŞ-də beynəlxalq tələbələrin ümumi sayı 15% azalacaq. Keçən il onların ABŞ iqtisadiyyatına verdiyi maliyyə töhfəsi bütün zamanların ən yüksək səviyyəsinə çataraq 46 milyard dollar təşkil edib və ölkə daxilində təxminən 400 000 iş yeri yaradıb.

Ən çox Hindistan, Çin, Nigeriya və Yaponiyadan olan tələbələr çətinliklərlə qarşılaşıblar. Onların bir çoxu artıq ABŞ-də təhsil almaq planlarından əl çəkib. Mənfi tendensiya məhdudiyyətlər tətbiq olunandan əvvəl özünü büruzə verməyə başlayıb: 2025-ci ilin yanvar-aprel aylarında F-1 tələbə vizalarının verilməsi illik müqayisədə 12% azalıb, may ayında isə ötən ilin eyni dövrü ilə müqayisədə azalma 22%-ə çatıb.

Seçilən
10
banker.az

1Mənbələr