AZ

Qarabağ Universitetinin mətbuat katibi işindən ayrıldı

Bakı. Trend:

Qarabağ Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiriAytən Quliyeva vəzifəsindən ayrılıb.

Trendxəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında paylaşımedib.

"Bu günlərdə Qarabağ Universitetində çıxdığım yolutamamladım.

Qarabağ Universitetində İctimaiyyətlə əlaqələr şöbəsinin müdirikimi keçirdiyim bu bir il, sadəcə iş ili deyil, həm də tarixyazılan bir dönəmin canlı şahidi olmaq demək idi.

Qarabağın yenidən dirçəlişində, Qarabağ Universitetinin sıfırdanqurulmasında – o ilk addımlarda – bir damla da olsa izim olduğuüçün özümü olduqca xoşbəxt hiss edirəm.

Bu quruculuq prosesi mənim üçün sadəcə bir iş deyil, dərin birduyğu, vətənə bağlılığın əyani təzahürü idi.
Dostlar, əminəm ki, yenidən görüşəcəyik. Bütün yol yoldaşlarıma, buyolda mənə inanan hər kəsə sonsuz təşəkkür edirəm",- deyə opaylaşımda qeyd edib.

Məqalədə:
Seçilən
19
az.trend.az

1Mənbələr