AZ

İyulda 53 nəfər günvurmadan şikayətçi olub

2025-ci ilin iyul ayı ərzində günvurma halları ilə bağlı Bakı şəhərindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ümumilikdə 53 nəfər müraciət edib.

 

Bu barədə Sfera.az-ın sorğusuna cavab olaraq TƏBİB məlumat verib. Qurumun açıqlamasına görə, müraciət edən şəxslərdən 18-i qadın, 35-i isə kişi olub. Onlardan 28 nəfər xəstəxanaya yerləşdirilib, 21 nəfərə yerində tibbi yardım göstərilib.

 

4 nəfər isə tibbi xidmətdən imtina edib. Bakıdan kənarda da günvurma ilə bağlı müraciətlər qeydə alınıb. Quba, Ağstafa, Sabirabad, Hacıqabul, Neftçala və Zaqatala rayonlarından daxil olan müraciətlər əsasında 6 nəfər hospitalizasiya olunub, 4 nəfərə isə yerində tibbi yardım göstərilib.

 

TƏBİB günvurma hallarının artması fonunda vətəndaşlara açıq havada uzun müddət qalmaqdan çəkinməyi, xüsusilə günorta saatlarında birbaşa günəş şüalarından qorunmağı, bol su qəbul etməyi və həkim tövsiyələrinə əməl etməyi tövsiyə edir.

 

Firuzə Əliyeva

Sfera.az

 

 

Seçilən
3
1
sfera.az

2Mənbələr