AZ

BANM tələbələri “Generation Connect Young Leadership Programme”a seçiliblər

Bakı Ali Neft Məktəbinin tələbələri BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) və “Huawei” şirkətinin birgə təşəbbüsü olan “Generation Connect Young Leadership Programme”a (GCYLP) seçiliblər.

“İki sahil” xəbər verir ki, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbəsi Nizaməddin İsrafilli və III kurs tələbəsi Aysel Rəhimli seçilən 31 gənc arasında yer alıblar.

Proqrama 156 ölkədən 6800-dən çox gənc müraciət edib.

Tələbələrimiz həm təlim və mentorluq dəstəyi alacaqlar, həm də öz rəqəmsal inkişaf layihələrini reallaşdırmaq üçün 5,000 ABŞ dolları qrantla təmin olunacaqlar. Sonda ən uğurlu layihələrə əlavə 5,000 ABŞ dolları maliyyə dəstəyi ayrılacaq.

Eləcə də İsveçrədə keçiriləcək "Development Week" tədbirinə dəvət alacaqlar. Bu tədbir gənc liderlərin bir araya gələrək fikir və təcrübə mübadiləsi aparmaları üçün unikal platforma rolunu oynayır.

Proqramın məqsədi inklüziv və gücləndirilmiş rəqəmsal gələcəyin qurulmasında gənclərin rolunu artırmaqdır.

Seçilən
4
ikisahil.az

1Mənbələr