Serbiyanın dövlət investisiyaları naziri, hakim “Serbiya Tərəqqi Partiyası”nın idarəetmə şurasının rəhbəri Darko Qlişiç efirdə çıxış edərkən insult keçirib.
Xəstəxanaya çatdırılan 52 yaşlı Qlişiçin vəziyyətinin ağır olduğu bildirilir.
Serbiya Prezidenti Aleksandr Vuçiç məmurun vəziyyəti ilə maraqlanmaq üçün xəstəxanaya gedib.